"Fənərbağça"nın sabiq ulduzu Vedat Muriqinin geri dönəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Offsideplus.az xəbər verir ki, futbolçu "Tivibu Sport"a açıqlamsında msəsləyə aydınlıq gətirib:

"Türkiyədə məni tanıyırlar. Məşqçilər gedəcəyim hər kluba nələr qatacağımı bilirlər. "Malyorka" mənimlə bağlı gələn istər sözlü, istərsə də yazılı təkliflərə bağlıdır. Bu dəfə də belə oldu.Nəticə olaraq yay "transfer pəncərəsi"nə qədər komandadan gedişimi mümkün görmürəm və burda xoşbəxtəm. Futbolda nə vaxt, harda yoluna davam edəcəyin bəlli olmur. Professional oyunçu kimi getdiyim hər yerə adaptasiya olmağa çalışıram".

Qeyd edək ki, Muriqi 2024/25 mövsümündə La Liqada meydana çıxdığı 15 oyunda 3 qola, 2 məhsuldar ötürməyə imza atıb.