"Napoli"nin idman direktoru Covanni Manna "Qalatasaray"da icarə əsasında çıxış edən Viktor Osimhenlə bağlı maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "TRT Spor" yayıb. Klub funksioneri bunları söyləyib:

"Viktor Osimhenlə maraqlanan bir çox klub var. "Qalatasaray" 75 milyon avro ödəməsə, Osimheni ala bilməz".

Qeyd edək ki, sözügedən futbolçu cari mövsümdən etibarən İstanbul klubuna icarəyə verilib.