"Fənərbağça"nın yay "transfer pəncərəsi"ndə heyətinə cəlb etdiyi futbolçu komandadan ayrılmaq istəyir.
Offsideplus.az xəbər verir ki, 19.5 milyon avro qarşılığında "sarı-lacivərdlilər"ə gələn Yusuf En-Nesri gözlənilən performansı göstərə bilmədiyi üçün klubdan getmək istədiyini dilə gətirib. Bu barədə İspaniya mediasında "Orgullobiri" məlumat yayıb.
"Sevilya"nın idman direktoru Viktor Ortanın dövrələrarası fasilədə futbolçunu geri gətirmək ehtimalını dəyərləndirdiyi qeyd olunub.
Xatırladaq ki, mərakeşli oyunçu İstanbul təmsilçisinin forması ilə 11 matçda meydana çıxıb və cəmi 1 qol vurmağı bacarıb.