Qış "transfer pəncərəsi"ndə xarici futbolçu transfer etmək üçün oyunçu göndərməsi gərəkən "Beşiktaş"da ilk ad bəlli oldu.

Offsideplus.az xəbər verir ki, söhbət Jean Onanadan gedir. "Qartallar"ın 24 yaşlı kamerunlunu ya icarə, ya da satış yolu ilə komandadan göndərəcəyi gözlənilir.

Qeyd edək ki, İstanbul təmsilçisinin formasında 16 matçda meydana çıxan Onana qol vurmağı bacarmayıb. Yalnız 1 məhsuldar ötürməyə imza atıb.