"Kayserispor"un baş məşqçisi Burak Yılmaz istefa verib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis bu qərarını Super Liqanın VII turunda "Beşiktaş"a "3:0" hesabı ilə məğlub olduqları görüşdən sonra açıqlayıb.
39 yaşlı çalışdırıcı bu ilin yanvar ayında Kayseri təmsilçisinin "sükanı arxası"na keçib. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 21 matçda 3 qələbə, 10 bərabərlik və 8 məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, "Kayserispor" 3 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.