"Kasımpaşa" "Qalatasaray"ın futbolçusuna "elçi" düşüb. 

Offsideplus.az xəbər verir ki, "Kasımpaşa" Yusuf Demiri icarə əsasında heyətinə cəlb etmək istəyir. Bu barədə "Fanatik" məlumat yayıb. 

Okan Buruk 21 yaşlı futbolçunun inkişafı baxımından bu təklifə "isti" yanaşır. Lakin, Yusufun karyerasını "Qalatasaray"da davam etdirmək istədiyi qeyd edilib.