"Beşiktaş" futbolçusunun "Hatayspor"a transfer olduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, söhbət Abubakardan gedir. Açıqlamada futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
"Hatayspor" isə hücumçu ilə 1 illik müqavilə imzaladığını təsdiqləyib.
Kamerunlu forvard karyerası ərzində 401 matçda iştirak edib, 163 qol vurub və 53 məhsuldar ötürmə edib.