Mauro İkardi "Qalatasaray"a qoşulmasının ikinci ildönümünü sosial şəbəkədə emosional paylaşım edərək qeyd edib.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu, iki il əvvəl başlayan səyahətin çətinliklərlə dolu olduğunu, lakin azarkeşlərin dəstəyi sayəsində bu uğurların əldə edildiyini bildirib. İlk mövsümdə çempionluğa qolları ilə töhfə verən İkardi, ikinci mövsümdə bombardir olub. ""Qalatasaray" ailəsinin bir üzvü olmaqdan qürur duyuram və bu hissi bütün dünyaya yaymağa davam edəcəyəm" deyə qeyd edib.