"Beşiktaş" sol cinah müdafiəsini gücləndirmək üçün "Union Berlin"də çıxış edən Robin Qosens ilə danışıqlar aparır.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi avqust ayında 30 yaşlı futbolçu ilə əlaqə saxlayıb.

Ötən mövsüm 37 rəsmi matçda iştirak edən Qosens 7 qol və 4 məhsuldar ötürmə ilə töhfə verib.