"Fənərbağça" daha beş futbolçusu ilə yolları ayıra bilər.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisnin baş məşqçisi Joze Mourinyo yeni mövsüm planlarına uyğun olaraq, "Brayton"a transfer edilən Ferdi Kadıoğlundan sonra daha beş futbolçusu ilə sağollaşmaq istəyir.

Təcrübəli çalışdırıcı Miha Zayç, Emre Mor, Luan Peres, Ryan Kent və Rade Kruniç ilə qısa müddətdə yolların ayrılmasını planlaşdırır.

Bu transfer strategiyası, "Fənərbağça"nın yeni mövsümə güclü başlamaq məqsədini güdür.