"Fənərbağça"da transfer məsələləri həm daxili, həm də xarici bazarda tam sürətlə davam edir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi heyətini gücləndirmək məqsədilə futbolçularına gələn təklifləri dəyərləndirərkən, Fredin komandadan ayrılmasından sonra yarımmüdafiədə yaranan boşluğu doldurmaq üçün 6 nömrəli oyunçu axtarışına xüsusi önəm verib.
Baş məşqçi Joze Mourinyo ilə aparılan müzakirələrdən sonra, "Boka Xuniors"un 22 yaşlı yarımmüdafiəçisi Kristian Medinanın siyahının başçılıq etdiyi məlum olub. "Fənərbağça" rəhbərliyi artıq Argentina klubu ilə ilkin görüşü keçirib. Lakin "Boka Xuniors"un tələb etdiyi 15 milyon avroluq məbləğ "Fənərbağça" tərəfindən yüksək hesab edilib.
Əgər "Fənərbağça" istədiyi qiymət endiriminə nail olarsa, Kristian Medinanı heyətinə qatmaq üçün addım atacaq.