Fransa millisinin üzvü Adrien Rabyö karyerasını Türkiyədə davam etdirə bilər.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "cim-bom" son mövsümü "Yuventus"da keçirən yarımmüdafiəçinin xidmətində maraqlıdır.

İstanbul təmsilçisi hazırda azad agent statusunda olan futbolçunun bütün şərtlərini qəbul edib.

Xatırladaq ki, Rabyö geridə qalan mövsümdə 35 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.