Barış Alper Yılmaz "Qalatasaray"dan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, Türkiyə millisinin üzvü ilə "Brayton", "Ayntraxt", "Bolonya" və "Leyptsiq" yaxından maraqlanır. İstanbul təmsilçisi yarımmüdafiəçi üçün 30 milyon avro tələb edir.
Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsüm "Qalatasaray"ın heyətində 55 matçda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.