Madrid "Real"ının yeni transferi Arda Gülər yenidən Türkiyə Super Liqasında çıxış edə bilər.

 Offsideplus.az "Defensa Central"a istinadla xəbər verir ki, 18 yaşlı hücumameyilli yarımmüdafiəçi "Fənərbağça"ya keçməyə yaxındır.

Belə ki, "kral klubu"nda zədə "epidemiyasından" qurtula bilməyən Arda icarə əsasında İstanbul təmsilçisində çıxış edə bilər.

Məlumata görə, "Fənərbağça" onun üçün qarşı tərəfə 1 milyon avro icarə məbləği ödəyəcək.