Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

 Offsideplus.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor"da növbəti görüşünə çıxacaq. Sözügedən komanda səfərdə "Kasımpaşa" ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

Qeyd edək ki, icarə əsasında "Konyaspor"da çıxış edən Mahir 5 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb (red. ötən tur qol hesabını açıb - evdə "Adana Demirspor"la -1:2 oyunda). 

"Konyaspor" (29 matç) 39 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Kasımpaşa" isə (29 oyun) 33 xalla 12-ci pillədə yer alıb.