Türkiyə Futbol Federasiyası (TFF) çempionatda iştirakını dayandıran klublarla bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, Super Liqadan "Qaziantep", "Hatayspor" I Liqadan "Adanaspor", "Yeni Malatyaspor", II Liqadan "Diyarbakırspor", "Adıyaman", III Liqadan isə "Niyde Anadolu və "Malatya Arguvanspor"un aqibəti müəyyənləşib.
Çempionatlarda çıxışlarını dayandıran bütün komandalara mövsümün qalan oyunlarında texniki məğlubiyyət veriləcək.
Amma həmin klublar növbəti mövsümdə də hazırda yer aldıqları liqada mübarizə aparacaqlar. TFF klublara çempionatın növbəti hissəsi üçün edilməli olan bütün ödənişləri etməyə davam edəcək. Bundan başqa həmin klublar üçün legioner transferlərində limit olmayacaq. Kubokda "Qaziantepspor"la 1/4 finalda qarşılaşmalı olan "Sivasspor" yarımfinala yüksəlib. "Hatayspor" isə yeni mövsümdə Türkiyə Kubokunda 1/4 finaldan mübarizəyə başlayacaq.
Qeyd edək ki, Türkiyənin 10 şəhərində baş vermiş zəlzələ nəticəsində 24 mindən çox insan həlak olub. Çempionatlarda iştirakını dayandıran klublar məhz həmin bölgələri təmsil edir.