Türkiyənin "Göztəpə" klubu məşhur futbolçu Mario Qomezi heyətinə qatmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı polşa əsilli almaniyalı hücumçu üçün 1,5 milyon avro təklif edilir. Hazırda "Ştutqart" klubunda çıxış edən Qomezin komandasından ayrılacağı təqdirdə, yenidən Türkiyəyə qayıtması istisna edilmir. "Göztəpə"nin prezidenti Mehmet Sepil ilkin olaraq futbolçuya 1,2 milyon, daha sonra isə məbləği qaldıraraq 1.5 milyon avro təklif etdiklərini bildirib.

Xatırladaq ki, Qomez 2015-2016-cı illər mövsümündə "Fiorentina"dan icarə əsasında Super Liqa təmsilçisi "Beşiktaş"ın heyətində çıxış edib.