FIFA "Qalatasaray" klubuna müvəqqəti transfer qadağası qoyub.

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin Lukas Torreyranın transferi zamanı futbolçunun agentinə ödəniş etməməsidir.

 "Qalatasaray"ın cəzası 18 500 dollarlıq ödənişi etdikdən sonra aradan qalxacaq.

Qeyd edək ki, uruqvaylı yarımmüdafiəçi cari mövsümün əvvəlindən Super Liqa klubunda çıxış edir.