Türkiyənin "Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə "Lester"inin müdafiəçisi Çağlar Söyüncünü transfer etməyə yaxındır. Hazırda 26 yaşlı futbolçunun keçidi üçün danışıqlar aparılır.
"Lester"də əsas heyətə düşməkdə çətinlik çəkən Çağların "Fənərbağça"ya keçməyə isti yanaşdığı qeyd olunur.
Qeyd edək ki, adıçəkilən oyunçu 2018-ci ildən "tülkülər"in formasını geyinir.