"Qalatasaray"ın bir müddətdi heyətinə qatmaq istədiyi Mauro İkardi ilə bağlı yeni iddia yayılıb.
Offsideplus.az "Footmercato"ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi ilə danışıqlar üçün ötən həftə Türkiyəyə gələn argentinalı oyunçu və meneceri olan həyat yoldaşı Vanda Nara klub rəsmiləri tərəfindən çox yaxşı qarşılanıb. Mənbəyə görə, hücumçu qarşı tərəfin qonaqpərvərliyindən təsirlənib və bu səbəbdən "sarı-qırmızlar"da oynamağa razılıq verib.
Xəbərdə qeyd edilir ki, iki klub futbolçunun satınalma şərti olmayan icarə müqaviləsi ətrafında danışıqlar aparır. Tərəflər arasında razılıq əldə olunarsa, forvardın maaşının bir hissəsini Fransa klubu ödəyəcək.
İkardi isə transferin qısa zaman ərzində tamamlanmasını istəyir.
Onu da qeyd edək ki, argentinalı futbolçu davam edən mövsümdə heç bir oyunda meydana çıxmayıb.