"Qalatasaray" Mauro İkardini transfer etməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi argentinalı hücumçunun icarəyə götürülməsi ilə bağlı PSJ klubuyla razılığa gəlib. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. Mənbəyə görə, "sarı-qırmızılar" 29 yaşlı oyunçunun 8 milyon avro+bonuslar formasında olan maaşının 40%-ni ödəməyə hazırdır və bu məsələ ilə bağlı futbolçuyla danışıqları davam etdirir.
PSJ gələcək planlarında yer almayan İkardi ilə yollarını ayırmaqda israrlıdır.