"Qalatasaray" PSJ-nin argentinalı hücumçusu Mauro İkardini transfer etmədə israrlıdır.

 Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi artıq bir müddətdir ki, oyunçunun agenti və həyat yoldaşı Vanda Nara ilə danışıqlar aparır. Bu barədə "La Gazetta della Sport" məlumat yayıb. 29 yaşlı futbolçunu heyətinə qatmaq istəyən İtaliyanın "Monza" klubu isə artıq bu transferdən imtina edib. 

Xəbərə görə, İkardini heyətinə qatmaq istəyən "Qalatasaray"la yarışa Trükiyənin digər təmsilçisi "Fənərbağça"da qoşulub. Tərəflər arasında müzakirələr gedir.