Uruqvay millisinin futbolçuları Edinson Kavani və Luis Suares karyeralarını Türkiyədə davam etdirəcəklər.

Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, ABŞ-dan təkli alan, lakin qəbul etməyən hər iki hücumçu "Fənərbağça"ya keçəcək. Buna səbəb "sarı-lacivərtlilər"in yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparmasıdır.

Qeyd edək ki, Kavani son olaraq "Mançester Yunayted"də, Suares isə "Atletiko"da çıxış edib.