"Qalatasaray"ın futbolçusu Markao bir sıra klubların hədəfindədir.

 Offsdeplus.az "Hürriyet"ə istinadən xəbər verir ki, "cim-bom" "Sevilya"nın 26 yaşlı müdafiəçi üçün təklif etdiyi 10 milyon avroluq təklifi rədd edib. İstanbul nəhəngi braziliyalı oyunçunun meneceriə 15 milyondan aşağı gələcək təklifləri qəbul etməyəcəyini bildirib.

Bildirək ki, "sambaçı"ya İtaliyanın"Torino" və Rusiyanın "Zenit" klubundan da təkliflər var.

Qeyd edək ki, Markao bu sezon "Qalatasaray"ın heyətində 38 matçda 1 qol vurub.