"Qalatasaray" Domenek Torrentlə yola davam etmək istəmir.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, iş adamı Əşrəf Hamamçıoğlu prezident seçiləcəyi halda ispaniyalı mütəxəssisi göndərəcək. O, hazırda işsiz olan fransalı baş məşqçi Rudi Qarsiyanı İstanbula gətirmək istəyir. Artıq 58 yaşlı çalışdırıcı ilə şəxsi razılıq əldə olunub.
Bildirək ki, "Qalatasaray"da prezident seçkiləri aprelin 23-ü olacaq.
Qeyd edək ki, Rudi Qarsiya keçən ilin mayından klubsuzdur. O, son olaraq, "Lyon"da işləyib.