"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirəcək.

 Offsideplus.az Qana mətbuatına istinadən xəbər verir ki, "bordo-mavililər"in baş məşqçisi Abdullah Avcı rəhbərlikdən "Yeni Malatyaspor"un hücumçusu Benjamin Tettehin transfer edilməsini istəyib.

Afrikalı oyunçu bu mövsüm Super Liqada 20 matçda 6 qol və 2 məhsuldar ötürmə edib. Onun hazırkı klubuyla müqaviləsi 2025-ci ildə başa çatır.