"Beşiktaş" heyətini iki yeni futboloçu ilə gücləndirmək niyyətindədir.

 Offsideplus.az "Fotomaç"a istindən xəbər verir ki,İstanbul nəhənginin yeni baş məşqçisi Valerien İsmaeli "Benfika"da çıxış edən belçikalı Yan Vertongen və "Verder" forması geyinən Miloş Veliykoviçi "qara qartallar"a gətirmək istəyir.

Hər iki müdafiəçinin klublarıyla yaxın zamanda danışıqlara başlanacaq.

Qeyd edək ki, Vertongenin Lissabon təmsilçisi ilə sözləşməsi gələn il, Veliykoviçin isə Bremen klubuyla müqaviləsi bu yay başa çatır.