"Beşiktaş"ın futbolçusu Rıdvan Yılmaz karyerasını Almaniyada davam etdirə bilər.
Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, mövsümün sonunda "qara qartallar"dan ayrılmağa hazırlaşan 20 yaşlı müdafiəçi ilə "Ştuttqart" yaxından maraqlanır. Bundesliqa təmsilçisi gənc oyunçu üçün 7.5 milyon avro təklif edib. Lakin İstanbul nəhəngi bu məbləği 10 milyon avroya qaldırıb.
Rıdvanın hazırkı sözləşəməsi 2023-cü ildə başa çatır.
Qeyd edək ki, o, bu mövsüm "Beşiktaş"ın heyətində 27 matçda 3 qol və 3 məhsuldar ötürmə edib.