"Qalatasaray"ın futbolçusu Sofyan Fequli komandadan ayrılacaq.

 Offsideplus.az xəbər verir ki, 32 yaşlı əlcəzayirli oyunçu mövsümün sonu başa çatacaq müqaviləsini yeniləməyəcək. Onun Almaniyanın "Mainz" klubuna keçəcəyi bildirlib. Bu barədə Fransa mediası məlumat yayıb.

Qeyd edək ki, 2017-ci ildən "cim-bom"da çıxış edən Fequli bu mövsüm 27 matçda 5 qol və 5 məhsuldar ötürmə edib.