"Yeni Malatyaspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Offsideplus.az  klubun saytına istinadən xəbər verir ki, bu postda 52 yaşlı Cihat Arslan gətirilib. Onunla bağlanan sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, o, bu vəzifədə bir müddət əvvəl istefa verən Adəm Büyükü əvəz edib.