"Beşiktaş" Mişi Batşuayi üçün "Çelsi" ilə danışıqlara başlayıb.

 Offsideplus.az "Sabah"a istinadən xəbər verir ki,"qara qartallar" hazırda icarə əsasında komandada çıxış edən 28 yaşlı belçikalı hücumçunu birdəfəlik heyətinə qatmaq istəyir. İstanbul nəhəngi bu transferə görə "zadəganlar"la 5 milyon avro qarşılığında razılaşıb. Rəhbərlik forvarda illik 2 milyon avro təklif edib. Lakin oyunçu bu barədə hər hansı fikir bildirməyib.

Onun "ağ-qaralar"la hazırkı illik qazancı 3.1 milyondur.

Qeyd edək ki, Belçika millisinin üzvü bu mövsüm 29 matçda 9 qol və 5 məhsuldar ötürmə edib.