"Beşiktaş"ın futbolçusu Aleks Teyşeyra yayda komandadan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, Çin klublarından biri 32 yaşlı oyunçunu transfer etmək istəyir. Bu barədə türkiyəli jurnalist Gürlər Akgün məlumat verib.
Qeyd edək ki, mövsümün əvvəlində "qara qartallar"a transfer olunan Teyşeyra 20 matçda 4 qola imza atıb. İstanbul nəhəngi "sambaçı"nın çıxışından narazıdır və oyunçu üçün gələn bütün təklifləri dəyərləndirəcək.