"Qalatasaray" sabiq futbolçusu Bafetimbi Qomisi qaytarmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhənginin rəhbərliyi 36 yaşlı fransalı hücumçuya 1.5 illik müqavilə təklif edib. Lakin adıçəkilən oyunçu "cim-bom"dan ilinə 3 milyon avro istəyib.
O, son olaraq, çıxış etdiyi Ərəbistanın "Əl-Hilal" klubundan bir neçə gün öncə ayrılıb.
Qeyd edək ki, Qomis daha əvvəl 2017/2018 mövsümündə "Qalatasaray"da çıxış edib və ümumilikdə, 42 matçda 32 qol və 6 məhsuldar ötürmə edib.