“Qalatasaray”da prezident seçkiləri təxirə salınıb.
Offsideplus.az klubun rəsmi "tvitter" səhifəsinə istinadla xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub. Klubun İdarə Heyəti 19-26 dekabr tarixlərində növbədənkənar seçkiləri təşkil etməyi planlaşdırsa da, pandemiyaya görə seçkilərin ən azı 2021-ci il fevralın 28-nə qədər keçirilməyəcəyi açıqlanıb.
Qeyd edək ki, “Qalatasaray”ın hazırkı prezidenti 2018-in yanvarından 70 yaşlı Mustafa Cengizdir.