Növbəti mövsüm üçün güclü heyət qurmağa hazırlaşan "Fənərbağça" transfer işlərini davam etdirir. 

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı larcivərtlər" xüsusilə hücum xəttini gücləndirmək niyyətindədir. Bu niyyətlə klub təcrübəli futbolçu Mario Qomezi sıralarına qatmaq fikirindədir.

Türkiyə Superliqasında "Beşiktaş"ın heyətində çıxış etmiş 32 yaşlı hücumçu ilə "Fənərbağça" yaxından maraqlanır.

Qeyd edək ki, Qomez hazırda Almaniyanın "Ştuttqart" klubunda çıxış edir.