Super Liqanın 24 turunda 24 qol vuran "Qalatasaray"ın futbolçusu Bafetimbi Qomis Çindən təklif alıb.

Offsideplus.az xəbər verir ki, Çinin "Quanqzou Everqrande" klubu fransız ulduzu heyətinə qatmaq istəyir.

Cekson Martineslə yollarını ayıran klub Qomis üçün "Qalatasaray"a 20 milyon avro ödəməyə hazır olduğunu bildirib. Futbolçunun özünə isə illik 10 milyon avro maaş təklif edilir.

Qeyd edək ki, Çin klubunu İtaliya futbolunun əfsanələrindən olan Fabio Kannavaro çalışdırır.