“Qalatasaray”ı daha bir futbolçu tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, İstanbul klubu hücumçusu Bafetimbi Qomis üçün Çindən təklif alıb.

“Sabah”da yer alan məlumata görə, adı açıqlanmaya komanda fransız forvarda illik 7-8 milyon avro civarında maaş ödəməyə hazırdır. Qomisin agenti hazırda Çin təmsilçisi ilə danışıqlar aparır. Bu keçidin 9 milyon avroya reallaşması iddia edilir.

Qeyd edək ki, ötən yay “Marsel”dən transfer edilən 32 yaşlı forvard bu mövsüm “Qalatasaray”ın heyətində 23 oyuna 16 qol vurub və 4 assist edib.