Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, klub Bayram Bektaşa tapşırılıb. 44 yaşlı mütəxəssis mövsümün sonuna qədər "Ankaragücü"nü çalışdıracaq.
Qeyd edək ki, bir müddət əvvəl “Ankaragücü” baş məşqçisi İsmail Kartalla yollarını ayırmışdı.