“Beşiktaş”ın futbolçusu Tolqay Arslan heyətdən kənarlaşdırılıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Superliqanın 12-ci turunda “Başakşəhər”lə ilk hissəsi 0:1 geridə olduqları matçın fasiləsində paltardəyişmə otağında aş yeyib.
Futbolçunun oyundan sonra yemək üçün komandaya gətirilən aşı matçın fasiləsində yediyini görən baş məşqçi Şenol Günəş özündən çıxıb və ona sərt şəkildə irad bildirib. Tolqay isə baş məşqçisinə onsuz da, onu meydana buraxmadığını, daima ehtiyatda saxladığını xatırladıb. Nəticədə Ş.Günəş futbolçunu heyətdən kənarlaşdırılıb.
Arslan bu mövsüm “qara-qartallar”ın heyətində ümumilikdə çıxdığı 16 oyuna çıxıb, 1 qol vurub.