“Formula-1” üzrə dünya çempionatının ilk 8 mərhələsinin keçirilmə tarixi təsdiqlənib.
Offsideplus.az xəbər verir ki, dünya çempionatının builki mövsümünün digər mərhələləri ilə bağlı yaxın günlərdə rəsmi qərar açıqlanacaq. Vaxtı dəqiqləşən yarışlardan 4-nə iki ölkə - Avstriya və Böyük Britaniya ev sahibliyi edəcək.
Müəyyənləşən 8 Qran-Prinin tarixi belədir:
Avstriya – 3-5 iyul, 10-12 iyul
Macarıstan – 17-19 iyul
Böyük Briatniya – 31 iyul-2 avqust, 7-9 avqust
İspaniya – 14-16 avqust
Belçika – 28-30 avqust
İtaliya – 4-6 sentyabr
Qeyd edək ki, Azərbaycan Qran-prisi ilə bağlı hələlik rəsmi qərar yoxdur.