Daha bir klub Harri Keynin transfer etməkdən imtina edib.
Offsideplus.az xəbər verir ki, "Real" ingiltərəli hücumçunu heyətinə qatmayacaq.
Buna səbəb koronavirus pandemiyasının yaratdığı maliyyə böhranıdır. Klub futbolçu üçün "Tottenhem"in tələb etdiyi 200 milyon avronu ödəməkdən imtina edib.
Qeyd edək ki, Harri Keyn bu mövsüm 25 oyunda 17 qol vurub.