"Barselona" klubu argentinalı ulduzu Lionel Messi ilə yeni müqavilənin bütün detallarını, demək olar ki, razılaşdırıb.
Offsideplus.az xəbər verir ki, Messi Kataloniya klubundakı karyerasını davam etdirmək qərarına gəlib. Yeni sözləşmə "1+1" sxemi üzrə olmaq şərti ilə 2023-cü ilə kimi nəzərdə tutulacaq.
Qeyd edək ki, 32 yaşlı futbolçunun hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.