Mayın 23-nə nəzərdə tutulan futbol üzrə Almaniya kubokunun final oyununun vaxtı dəyişdirilib.

Offsideplus.az Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, həlledici qarşılaşma koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınıb.

Həmçinin yarımfinal mərhələsinin "Bavariya" - "Ayntraxt" və "Saarbrükken" - "Bayer" görüşlərinin də nə vaxt baş tutacağı bilinmir. 

Qeyd edək ki, Almaniyada yerli liqalar martın 16-da dayandırılıb.