Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı Azərbaycan Premyer Liqasının bərpasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, qadağanın qüvvədə qaldığını bildirib:
"Kütləvi tədbirlərlə bağlı qərar qüvvədə qalır. Bu sahədə açılım yoxdur. Növbəti mərhələdə necə olacağı vəziyyətdən asılıdır" - deyə İ.Məmmədov bildirib.
Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. UEFA bütün milli federasiyalara daxili çempionatlarını bitirmək üçün mayın 25-dək vaxt verib.