"Sabah"ın baş məşqçi Murad Musayev "Krasnodar"ı çalışdıra bilər.
Offsideplus.az "Championat.com" saytına istinadən xəbər verir ki, 38 yaşlı məşqçinin yenidən Rusiyaya qayıtmaq ehtimalı var.
Musayevin danışıqlar üçün Bakını tərk etdiyi xəbərdə yer alıb.
Qeyd edək ki, Murad Musayev 2020-2021 mövsümündə bu klubu çalışdırıb.
Xatırladaq ki, alman mütəxəssis Daniel Farke dünən "Kransnodar"dan ayrılıb.