Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət yığma komandamız yoxlama oyunları keçirib.

Offsideplus.az xəbər verir ki, ötən gün “Keşlə”nin eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 3:1 hesablı qələbə qazanıb.

Bu gün isə “Neftçi - 2” komandası ilə keçirilmiş görüş yığmamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.