"Qəbələ"nin 25 yaşlı hücumçusu Ülvi İsgəndərov Offsideplus.az-a müsahibə verib.
– Premyer Liqanın 23-cü turunda evdə "Sumqayıt"a 2:1 hesabıyla qalib gəldiz. Matçla bağlı fikirlərini bölüşərdin.
– Oyunun çətin keçəcəyini bilirdik. Buna görə də matça yaxşı hazırlaşmışdıq. Futbolçularda olan istək nəticəsində qələbə qazandıq. Komandamız qələbəyə layiq idi.
– Görüşdə ilk qolu sən vurdun...
– Komandamın ilk qolunu vurduğum üçün çox xoşbəxtəm. Qol vurduqca daha da motivasiyalı oluram. Bu, mənə xoş təsir edir.
– Növbəti turda autsayder "Səbail"lə qarşılaşacaqsız. Bu oyundan gözləntin nədir?
– Çempionatda hər oyun çətindir. Bunun üçün də "Səbail"lə matça ciddi hazırlaşacağıq. İnşallah, qələbə bizim olar.
– "Qəbələ"nin növbəti mövsüm üçün avrokubok şanslarını necə dəyərləndirirsən? Səncə, yenidən avrokuboklara vəsiqə qazana biləcəksiz?
– Əlbəttə ki, növbəti mövsüm avrokuboklarda olmaq istəyirik. Düzdür, indidən bu haqda danışmaq üçün tezdir, amma əlimizdən gələni edəcəyik ki, "Qəbələ" yenidən avrokuboklarda iştirak etmək hüququ qazansın.
– Başqa klublardan təkliflər olur?
- Hələ ki real bir təklif yoxdur. Hazırda bütün diqqətimi komandama yönəltmişəm. Müqaviləm mövsümün sonunda bitəcək. Onda gələn real təklifləri dəyərləndirəcəm.
Daşqın Əziz