Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Premyer Liqasında püşkatma mərasimi olub.  

 

Offsideplus.az xəbər verir ki, tədbirdə iştirak edən Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayev jurnalistlər önündə çıxış edib. O, "Turan Tovuz" və "Kəpəz"i yenidən çempionata qayıtmalarına görə təbrik edib:

"Bütün komandaları yeni mövsümün başlaması münasibəti ilə təbrik edirəm. Turan Tovuz  və Kəpəzi də yenidən çempionata qayıtmaları münasibətilə təbrik edirəm. Qarabağ rəhbərliyi və Qurban Qurbanovun zəhməti sayəsində Azərbaycan xalqı çox sevindi. Bunun nəticəsidi ki, oyun bitsə belə azarkeşlər satdiondan getmək istəmirdilər. Arzulayıram ki, bütün klublarımız bizi belə sevindirsin". 

PFL prezidenti ölkə çepionatında 10 komandanın iştirakını yaxşı qiymətləndirib: "Klublarımız yaxşı, səviyyəli legionerlər gətirməlidir. Elə legioner gətirin ki, ehtiyatda qalmasın. Gənc futbolçularımız onlardan nəsə öyrənsin. Yoxsa, gəlib bizimkilərdən öyrənməsinlər. Bu baxımından bəzi klublarımız legioner seçimində yanlışlığa yol verir".