Yenidən "Kəpəz"ə qayıdan Tural Axundovun Offsideplus.az-a müsahibəsi...

- Yenidən"Kəpəz"ə qayıtdın. Bu kluba keçidin necə alındı?

- "Kəpəz" qayıtdığım üçün çox xoşbəxtəm. Rəhbərlikdən təklif gəldi və mən də sevə-sevə qəbul etdim.

- Niyə "Kəpəz"?

- Çünki "Kəpəz"də əvvəl də oyandığım vaxtlarda da xoşbəxt idim. Həm rəhbərlik, həm də azarkeşlərlə çox yaxşı münasibətim var.

- Başqa təkliflər var idi?

- Bəli, başqa təkliflər var idi. Sadəcə, "Kəpəz" mənim üçün doğmadır.

- Səncə, "Kəpəz" yeni mövsümdə necə çıxış edəcək?

- "Kəpəz" hər zaman yuxarı yerlər üçün oynayıb və oynayacaq da. Buna görə də yaxşı hazırlaşmalıyıq.

- Sənin "Kəpəz"dəki birinci dövründə yaxşı heyət var idi. Dario, Juninyo, Renar Alveş, Ebah və Serjinyo. Yenidən belə bir heyət görə bilərik?

- Transferlərlə bağlı nəsə deyə bilmərəm. Buna rəhbərlik və baş məşqçi qərar verəcək. Əminəm ki, yeni mövsümdə yaxşı komanda görəcəksiniz.

- O vaxt sən və digər əsas oyunçular "Kəpəz"i tərk etdikdən sonra komanda zəif çıxış etdi və aşağı liqaya düşdü. Səncə, buna səbəb nə oldu?

- O vaxt "Kəpəz"i tərk edəndə çox pis olmuşdum, çünki getmək istəmirdim. Futbolda hər komandanın zəif zamanları olur. İndi gələcəyə baxıb, yaxşı hazırlaşmalıyıq. İstəyimiz azarkeşləri sevindirməkdir.

Cavid Əliyev