Nepalın "Maçhindra" klubunda çıxış edən Nurlan Novruzovun Offsideplus.az-a müsahibəsi...
- İlk olaraq çempionluq münasibətilə təbrik edirəm. Bu haqda fikirlərini alardıq...
- Təşəkkür edirəm. Bizim üçün vacib qələbə oldu. Rəqibimiz güclü komanda idi. Marta kubok, apreldə isə Asiya Çempionlar Liqasında pley-off oyunumuz var. Bu çempionluq gələcək matçlar üçün bizə müsbət anlam da təsir edəcək.
- Çempion komandaya rəhbərlik tərərindən mükafat verilir. Sizə də bu barədə söz verilmişdi?
- Təbii ki, mükafat olacaq. Əslində bizim klubun prezidenti Nepalda çox imkanlı iş adamıdır. Ölkədə olmur, amma gəldiyində biz məğlub olsaq belə mükafat paylayır. Burada olduğuma görə xoşbəxtəm. Hamı mənə hörmətlə yanaşır. Bunun qarşılığında göstərdiyim oyunla onlara layiq olmağa çalışıram.
- "Maçhindra" ilə müqavilən nə vaxt başa çatır?
- Mart ayında sözləşməm başa çatır. Burada xoşbəxtəm.
- Azərbayacan Premyer Liqasına qayıtmaq barədə düşünürsən?
- Qayıtmaq barədə heç bir fikrim yoxdur.
Cavid Əliyev